SEPAH "Gerçək vəd 4" əməliyyatında dörd növ raketdən istifadə edib

Mar 12, 2026 - 21:27
 0  10
SEPAH "Gerçək vəd 4" əməliyyatında dörd növ raketdən istifadə edib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Gerçək Vəd 4" əməliyyatının 42-ci dalğasında Təl-Əvivin mərkəzi və ABŞ-nin bazalarını hədəf alıb.

 Xeber.ge xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Qeyd olunub ki, hücumlarda "İmad", "Qədr", "Xeybərşikən" və "Fəttah" raketləri, həmçinin pilotsuz uçuş aparatları ilə Təl-Əvivin mərkəzi və ABŞ ordusunun bazaları hədəf alınıb.

"Gerçək Vəd 4" əməliyyatının "Ləbbeyk Ya Xamenei" kodlu 42-ci dalğası Ramazan müharibəsi şəhidlərinin xatirəsinə həsr olunub" , - məlumatda bildirilib.

mənbə: report.az