Şartava küçəsindəki qruplaşma qətli ilə bağlı iki nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyi paytaxtın Şartava küçəsində baş vermiş ağır cinayətin üstünü açıb.
Xeber.ge xeber verir ki,
Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, istintaq tədbirləri nəticəsində cinayətin ağırlaşdırıcı hallarda və bir qrup şəxs tərəfindən törədildiyi müəyyən edilib.
İstintaqla müəyyən edilib ki, tərəflər arasında məişət zəminində mübahisə yaranıb.
Mübahisə zamanı təqsirləndirilən şəxslər zərərçəkmişə soyuq silahla (bıçaqla) çoxsaylı xəsarətlər yetiriblər.
Gənc oğlan aldığı ağır yaralar nəticəsində hadisə yerində dünyasını dəyişib.
Şübhəli şəxslər cinayəti törətdikdən sonra hadisə yerindən qaçsalar da, polisin keçirdiyi əməliyyat nəticəsində yaxalanıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin "i" bəndi (Qrup halında qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb. Bu maddə üzrə təqsirləndirilən şəxsləri 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.
Xatırladaq ki, hadisə yerində istintaq hərəkətləri davam etdirilir və bütün maddi sübutlar qeydə alınıb.