Sameqrelo-Zemo Svanetidə silah qaçaqmalçılığı ilə bağlı 6 nəfər həbs edilib
Gürcüstanın Sameqrelo-Zemo Svaneti bölgəsində qanunsuz silah dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirilib.
Xeber.ge xəbər verir ki,
Zuqdidi və Çxorotsku rayon polis idarələri tərəfindən həyata keçirilən tədbirlər zamanı saxlanılan şəxslərin yaşayış evlərinə, avtomobillərinə və köməkçi tikililərinə baxış keçirilib. Axtarışlar nəticəsində aşağıdakı maddi sübutlar götürülüb:
· Müxtəlif markalı odlu silahlar;
· Çoxsaylı döyüş sursatı;
· Partlayıcı qurğu.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi (Odlu silah, döyüş sursatı və partlayıcı maddələrin qanunsuz əldə edilməsi, saxlanılması, gəzdirilməsi) ilə istintaq başladılıb.
Bu maddə üzrə təqsiri sübuta yetiriləcəyi təqdirdə, saxlanılan şəxsləri 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.