Sameqrelo polisi 3 nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin məlumatına görə, Sameqrelo–Yuxarı Svaneti Polis Departamentinin Zuqdidi, Mestia və Çxorotsqu rayon şöbələrinin
əməkdaşları müxtəlif vaxtlarda keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində odlu silah və döyüş sursatını qanunsuz əldə
etmə, saxlama və gəzdirmədə şübhəli bilinən üç nəfəri – 1992-ci il təvəllüdlü G.M.-i, 1971-ci il təvəllüdlü G.D.-ni və 1947-ci il təvəllüdlü A.Z.-nisaxlayıblar.
Xeber.ge xəbər verir ki,
“Polis əməkdaşları saxlanılan şəxslərin üzərinə, yaşadıqları evlərə, köməkçi tikililərə və avtomobillərinə baxış zamanı maddi sübut kimi müxtəlif növ odlu silahlar və döyüş sursatı aşkar ediblər. Onların arasında 2 avtomatik silah, 7 daraq, 164 güllə, revolver, tapança, tək lüləli tüfəng, kapsul-detonatorlar və partlayıcı maddə – trotil olub.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə aparılır”, – deyə məlumatda bildirilir.