Saakaşvilinin tərəfdarına ağır ittiham irəli sürülüb

Sep 13, 2025 - 17:55
 0  20
Saakaşvilinin tərəfdarına ağır ittiham irəli sürülüb

Gürcüstan Baş Prokurorluğu ölkənin keçmiş prezidenti Mixeil Saakaşvilinin yaratdığı “Vahid Milli Hərəkat” partiyasının sabiq lideri Levan Xabeişviliyə qarşı rəsmi ittiham irəli sürüb.

Bu barədə yerli mediaya açıqlamanı prokuror Beka Kvitsiani verib.

Onun sözlərinə görə, Xabeişvili “dövlət hakimiyyətinin zorla devrilməsinə açıq çağırışlar etməkdə” ittiham olunur.

İddia olunur ki, o, 2025-ci ilin iyun ayından etibarən televiziya efirlərində və sosial şəbəkələrdə vətəndaşları hakimiyyətin zorla dəyişdirilməsinə çağırıb, hətta konkret tarix və yer göstərib.

Xatırladaq ki, sentyabrın 11-də Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti keçmiş müdafiə naziri Cuanşer Burçuladzeni korrupsiya ittihamı ilə həbs etdiyini açıqlayıb. Elə həmin gün Xabeişvilinin də saxlanıldığı bildirilib.

mənbə: modern