Rustavi Avtomobil Bazarı cərimələnib
Gürcüstan Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyinə (GCCA) avtomobil idxalçılarının birgə şikayəti əsasında Rustavi Avtomobil Bazarı və Mikado Georgia MMC-nin mövqedən sui-istifadə etməsi ilə bağlı iş araşdırılır.
Söhbət Rustavi avtomobil bazarının ərazisində dayanacaqların istifadəsi müqabilində cavabdeh iqtisadi agentlər tərəfindən birbaşa və ya dolayı yolla ədalətsiz yüksək qiymət və ya digər ədalətsiz ticarət şəraitinin yaradılmasından gedir.
İşin araşdırılması prosesində mühüm əhəmiyyət kəsb edən halları müəyyən etmək üçün GCCA cavabdeh təsərrüfat subyektlərindən müvafiq sənədləri tələb edib. Adıçəkilən şirkətlər GCCA-nın məktubunun çatdırılmasına baxmayaraq, tələb olunan sənədləri göstərilən müddətdə təqdim etməyiblər, müddət pozulduqdan sonra onu natamam formada quruma təqdim ediblər. Onlara ayrı-ayrılıqda 3000 lari məbləğində cərimə tətbiq edilib.
mənbə: interpress