Batumda bıçaqlanma ilə nəticələnən davası zamanı 2 nəfər xəsarət aldı, 2 nəfər tutuldu

Aug 23, 2026 - 14:37
 0  10
Batumda bıçaqlanma ilə nəticələnən davası zamanı 2 nəfər xəsarət aldı, 2 nəfər tutuldu
: :
playing

Batumun Yeni Bulvar ərazisində gecə saatlarında baş verən qarşıdurma nəticəsində iki nəfər xəsarət alıb, Onlardan biri soyuq silahla bıçaqlanıb.

XEBER.GE xeber  verir ki, bu barədə məlumatı "Ajara Times" yayır.

Hadisə Kaçinski küçəsində baş verib. Mövcud məlumata görə, bıçaqlanmadan əvvəl tərəflər arasında mübahisə və fiziki qarşıdurma olub. İnsidentdə iştirak edən şəxslərin ehtimal ki, xarici ölkə vətəndaşları olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı iki nəfər saxlanılıb. İstintaq Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) üzrə aparılır.

Bu cinayət beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.