Rusiya gürcü şərabına sanksiya tətbiq etdi

Nov 26, 2026 - 15:09
 0  8
Rusiya gürcü şərabına sanksiya tətbiq etdi

Gürcüstanın 7 şərab istehsalçısı Rusiya sanksiyalarına məruz qalıb.

 XEBER.GE xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Georgi Zurabişvili məlumat yayıb.

Rusiya məhdudiyyətlərlə bağlı üç səbəb göstərib: məhsulun keyfiyyəti ilə bağlı narahatlıqlar, şirkətlərin Ukraynanın maliyyələşdirilməsində iştirakı və antirusiya narrativlərinin yayılması.

Rəsmi Tiflis ittihamları rədd edərək, Gürcüstan şərablarının beynəlxalq keyfiyyət sertifikatlarına malik olduğunu və sözügedən müəssisələrin Ukraynanın maliyyələşdirilməsi ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.

 

mənbə: axar