Qəzzada acından ölənlərin sayı 258-ə çatıb

Aug 18, 2025 - 10:30
 0  13
Qəzzada acından ölənlərin sayı 258-ə çatıb

İsrailin blokadası səbəbilə aclıq yaşayan Qəzza zolağında son 24 saatda ikisi uşaq olmaqla daha 7 fələstinli acından ölüb.

Xeber.ge xəbər verir ki, bu haqda ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda həmçinin Qəzzada acından ölənlərin sayının 110-u uşaq olmaqla 258 nəfərə çatdığı bildirilib.

mənbə: apa.az