Qurcaanidə qanlı qonşu davası: 36 yaşlı gənc güllələnərək öldürülüb

May 7, 2026 - 11:39
 0  40
Qurcaanidə qanlı qonşu davası: 36 yaşlı gənc güllələnərək öldürülüb

Gürcüstanın Qurcaani bələdiyyəsinin Kardenaxi kəndində baş vermiş qətl hadisəsinin üstü açılıb. Hüquq-mühafizə orqanları cinayəti törətməkdə şübhəli bilinən şəxsi yaxalayıblar.

 Xeber.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, əməliyyat nəticəsində qəsdən adam öldürmə və odlu silahın qanunsuz saxlanılmasında ittiham olunan 1990-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş N.T. saxlanılıb.

 

Araşdırmalarla müəyyən edilib ki, təqsirləndirilən şəxs ilə qonşusu, həmyaşıdı A.M. arasında keçmişdə baş vermiş münaqişə zəminində mübahisə yaranıb.

Mübahisə zamanı N.T. odlu silahdan atəş açaraq qonşusuna ağır xəsarət yetirib və hadisə yerindən qaçıb.

Aldığı güllə yarası nəticəsində 1990-cı il təvəllüdlü gənc hadisə yerindəcə keçinib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs "isti izlərlə" saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (Qəsdən adam öldürmə) və 236-cı (Odlu silahın qanunsuz alınması, saxlanılması və gəzdirilməsi) maddələri ilə cinayət işi başlanılıb.

Təqsirləndirilən şəxsi 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.