Qiorqi Qaxaria zərərçəkmiş kimi tanınıb

Jan 27, 2025 - 12:37
 0  34
Qiorqi Qaxaria zərərçəkmiş kimi tanınıb

Prokurorluq “Qaxariya - Gürcüstan naminə” partiyasının lideri Qiorqi Qaxariyanı zərərçəkmiş kimi tanıyıb. Partiyadan “Publika”ya bildirilib ki, Qaxariyaya zərərçəkmiş statusu verildikdən sonra vəkil iş materialları ilə tanış ola biləcək.

Yanvarın 15-də Batumidə “Şeraton” otelində “Gürcüstan naminə” partiyasının lideri Qiorqi Qaxariya hücuma məruz qalıb.

Partiyanın məlumatına görə, hücumda “Gürcü Arzusu”nun parlament və Acarıstan Ali Şurasının deputatları, o cümlədən 

Dimitri Samxaradze iştirak ediblər. Qaxariya hücumla bağlı danışaraq bildirib ki, bu, “əvvəlcədən planlaşdırılmış pusqu ilə hücum” olub və “bu hücumun təşkilatçısı və sifarişçisi Bidzina İvanişvili olub”.

Qiorqi Qaxariya xəstəxanaya yerləşdirilib. Həkim bildirib ki, Qaxariyanın burun sümüyü sınıb və baş beyni silkələnib.

Daxili İşlər Nazirliyi Qaxariyaya qarşı hücum faktı üzrə zorakılıq maddəsi ilə istintaq başladıb.

mənbə: marneulifm