Qeyri-rezident səfirlər Kavelaşviliyə etimadnamələrini təqdim ediblər

Orbelianilər sarayında qeyri-rezident səfirlər "Gürcü Arzusu"nun səs çoxluğu ilə prezident seçdiyi Mixeil Kavelaşviliyə etimadnamələrini təqdim ediblər.
Mixeil Kavelaşvilinin legitimliyini Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili, müxalifət və cəmiyyətin bir hissəsi tanımır.
Mixeil Kavelaşviliyə etimadnamələri Belçika, Lüksemburq, Filippin, Kamboca, Kipr, Malayziya, Pakistan, Somali, Burundi, Qvatemala, Mali, Koreya və Tacikistanın səfirləri təqdim ediblər. Bütün diplomatlar qeyri-rezident səfirlər olub, Gürcüstanda akkreditə olunublar,
bəziləri isə bu vəzifəyə yaxın zamanda təyin edilib.
"Prezident diplomatlarla ölkələr arasında çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə etdi və səfirlərə fəaliyyətlərində uğurlar arzuladı" – Mixeil Kavelasşilinin mətbuat mərkəzinin yaydığı açıqlamada deyilir.
5 martda səfirlər işğal xəttinin yaxınlığında yerləşən Odzisi kəndində oldular. Diplomatlar yerində vəziyyətlə tanış oldular və rəsmi Tbilisinin nəzarətində olmayan ərazilərdəki mövcud vəziyyət və yerli əhalinin qarşılaşdığı humanitar problemlər barədə məlumat alıblar.
İşğal xəttinə getməzdən əvvəl səfirlər etimadnamələrinin surətlərini "Gürcü Arzusu" hökumətinin Xarici İşlər nazirinin müavinləri Qiorqi Zurabişvili və Xatuna Totladzeyə təqdim etmişdilər.
mənbə: marneulifm