Qərb Ukrayna üzrə sülh sazişinə mane olur

Dec 23, 2025 - 22:58
 0  10
Qərb Ukrayna üzrə sülh sazişinə mane olur

Qərb ölkələri Ukrayna üzrə sülh sazişinin əldə olunmasına və silahlı münaqişənin dayandırılmasına aktiv şəkildə mane olur.

B
u barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Pos TV telekanalına müsahibəsində bildirib.

“Əgər Ukrayna üzrə sülh sazişinə kimsə mane olursa, bu, avropalılardır. Bu mövzuda amerikalıların açıqlamalarını da görürük”, – deyə Papuashvili vurğulayıb.

Spiker əlavə edib ki, Rusiyanın heç kimə hücum etməyi planlaşdırmadığını bəyan etdiyi bir vaxtda Avropa ölkələrinin müharibəyə hazırlaşmasının səbəbini anlamır.

mənbə: apa