Zuqdiddə kişi qətlə yetirilib- 1 nəfər saxlanılıb

Dec 23, 2025 - 20:24
Dec 23, 2025 - 20:47
 0  6
Zuqdiddə kişi qətlə yetirilib- 1 nəfər saxlanılıb

Zuqdidi bələdiyyəsinin Yuxarı Eçeri kəndində baş verən qətl və yaralama faktı ilə bağlı 1993-cü il təvəllüdlü T.Z. saxlanılıb.

Xeber.ge xeber  verir ki, DİN-in açıqlamasında deyilir: “İstintaqla müəyyən edilib ki, dekabrın 23-də təqsirləndirilən şəxs soyuq silahdan istifadə edərək 1960-cı il təvəllüdlü A.K.-ni ölümcül yaralayıb, onun həyat yoldaşı — 1963-cü il təvəllüdlü G.D.-yə isə baş nahiyəsindən xəsarət yetirib. Yaralı G.D.-yə müvafiq tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib”.

DİN-in məlumatına görə, istintaq Cinayət Məcəlləsinin 11 prima 109-cu maddəsinin “l” bəndi ilə aparılır. Bu maddə 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.