Praktiki imtahanların bron edilməsi qaydası dəyişdi – Rəsmi açıqlama
Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi sürücülük vəsiqəsi almaq istəyən namizədlər üçün imtahan növbələrinin bron edilməsi prosesini sadələşdirir.
Xeber.ge xeber verir ki, yeni qərar sürücülük vəsiqəsi almaq üçün müəyyən edilmiş 365 günlük müddəti başa çatmaq üzrə olan şəxslərə şamil edilir.
Sürücülük namizədləri qeydiyyatdan keçdikləri 365 günlük qanuni müddətin bitməsinə az vaxt qaldıqda, birbaşa agentliyin qaynar xəttinə (1272) zəng edərək məlumat verə və növbədənkənar imtahana girmək imkanından yararlana bilərlər.
Xidmət Agentliyi son imtahan cəhdindən keçən vaxta görə praktiki imtahanların bron edilməsi qaydalarını da dəqiqləşdirib:
Sonuncu imtahan cəhdindən 30 gündən çox vaxt keçən namizədlərə şamil olunur.
Sonuncu imtahan cəhdindən 30 gündən az vaxt keçən namizədlərə şamil olunur.