Polşada gürcüstanlı gənc velosiped oğurladığına görə tutulub
 
                                Vroslavda 21 yaşlı Gürcüstan vətəndaşı tutulub.
Məlumatı Polşa mətbuatı yayıb.
Onların məlumatına görə, gürcü gənc 3 velosiped oğurlayıb.
Dindirilmə zamanı gürcü bir velosiped götürdüyünü təsdiqləsə də, digər ikisini xatırlaya bilməyib.
Polşa mətbuatının məlumatına görə, həmin şəxs əvvəllər də başqa cinayətlər törədib. Velosiped oğurluğuna görə onu 5 il həbs gözləyir.
mənbə: interpress
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            