Polis Tbilisidə bir nəfəri saxladı

Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilinən 1985-ci il təvəllüdlü B.R.-ni saxlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs keçmişdə yaranmış münaqişə zəminində 1983-cü il təvəllüdlü İ.Q.-ya çoxsaylı atəş açaraq hadisə yerindən qaçıb. Yaralının müalicəsi tibb müəssisəsində davam etdirilir.
Polis cinayətin törədilməsində istifadə olunan silahı sübut kimi götürüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117 və 236-cı maddələri ilə istintaq aparılır.
Cinayətə görə dörd ildən yeddi ilədək həbs cəzası nəzərdə tutulur.
mənbə: interpress