Polis Rustaveli prospektində etirazçıları zorakılıqla saxlayıb

Dec 2, 2024 - 12:43
 0  32
Polis Rustaveli prospektində etirazçıları zorakılıqla saxlayıb

Rustaveli prospektində polis aksiyanı zorakılıqla dağıdır.

Polis vətəndaşları təqib edib, onlara fiziki təzyiq göstərib və onlardan bir neçəsini zorakılıqla saxlayıb.

Etirazçılara qarşı bibər qazından da istifadə edilib. Hazırda xüsusi təyinatlılar Rustaveli prospektində müxtəlif yerlərdə yerləşdirilib. 

Parlamentə bitişik ərazidə etiraz aksiyası gecə boyu davam edib - polis qüvvələri tezliklə aksiya iştirakçılarına qarşı həm binanın daxili ərazisindən, həm də Çiçinadze küçəsi tərəfdən su reaktivlərindən istifadə etməyə başlayıb.

Mitinq başlayandan qısa müddət sonra patrul polis idarəsinin rəisi Vaja Siradze bəyanatla çıxış edərək vətəndaşları “qanun hüdudlarından kənara çıxmamağa çağırıb".

mənbə: interpress