Onları Gürcüstandan çıxarmalıyıq

Oct 8, 2025 - 10:39
 0  70
Onları Gürcüstandan çıxarmalıyıq

Gürcüstanın siyasi sistemini canlandırmaq lazımdır. Bunun üçün əsas vəzifə xarici agentləri və rezidentləri Gürcüstan siyasətindən uzaqlaşdırmaqdır.

Bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

"Biz artıq oktyabrın 5-də 2028-ci il parlament seçkilərinə hazırlığa başlamışıq. Biz bütün cəbhələrdə hazırlaşırıq. Ümid edirik, ölkəmiz 2028-ci il seçkilərini yenilənmiş siyasi spektrlə qarşılayacaq. Bu vacibdir. Gürcüstan siyasətində artıq heç bir xarici agent olmamalıdır. Gürcüstan siyasətində heç bir xarici agent qalmamalıdır. Biz buna nail olmaq üçün bütün hüquqi vasitələrdən, o cümlədən Konstitusiyadan istifadə edəcəyik. Bu, bizim ən vacib alətlərimizdən biridir", – Kobaxidze qeyd edib.

mənbə: axar