Ölkə ərazisində qarşıdakı günlərdə hava necə olacaq?

Apr 4, 2025 - 20:53
 0  41
Ölkə ərazisində qarşıdakı günlərdə hava necə olacaq?

5-7 aprel tarixlərində ölkənin bəzi bölgələrində qısamüddətli yağış və ildırım müşahidə oluna bilər.

Bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyi məlumat yayıb. 

Tbilisidə hava +20, +22 dərəcə olacaq, bəzi hallarda qısamüddətli yağış və ildırım müşahidə edilə bilər.

Sahilyanı bölgələrdə (Batumi, Kobuleti, Anakliya, Poti): bəzi yerlərdə yağış yağacağı gözlənilir. Hava temperaturu +20, +22 dərəcə.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurgeti): bəzi yerlərdə yağış. Hava temperaturu +21, +23 dərəcə.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Shovi, Chiatura, Sachxere, Xulo, Rikot keçidi): bəzi yerlərdə yağış. Hava temperaturu +20, +22 dərəcə.

Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro): bəzi yerlərdə yağış. Hava temperaturu +12, +14 dərəcə.

Kartli bölgəsində (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): bəzi yerlərdə qısamüddətli yağış və ildırım. Hava temperaturu +22, +24 dərəcə.

Kaxeti bölgəsində (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Qvareli, Axmeta, Dedoplistskaro): bəzi yerlərdə qısamüddətli yağış və ildırım. Hava temperaturu +21, +23 dərəcə.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): bəzi yerlərdə qısamüddətli yağış və ildırım. Hava temperaturu +15, +20 dərəcə.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): bəzi yerlərdə qısamüddətli yağış və ildırım. Hava temperaturu +8, +13 dərəcə.