NATO-nun yeni Rusiya planı işə düşür?

Sep 30, 2026 - 12:55
 0  17
NATO-nun yeni Rusiya planı işə düşür?

Moskva Kalininqradın blokadaya alınacağı təqdirdə bütün arsenalından istifadə edəcəyini bəyan etdikdən sonra, Şimali Atlantika Alyansının (NATO) sadəcə "müdafiə bloku" olduğunu və bunun Rusiya üçün təhdid yaratmadığını bildirib.

 XEBER.GE xəbər verir ki, bu barədə NATO-nun rəsmi nümayəndəsi Alison Hart mətbuat nümayəndələrinə bildirib.

"Təsdiq edə bilərəm ki, Rusiya tərəfindən xəbərdarlıq almışıq və buna müvafiq cavab göndərmişik", - deyə A.Hart qeyd edib.

Nümayəndənin sözlərinə görə, sənəddə NATO-nun sırf müdafiə xarakterli alyans olması və onun heç bir fəaliyyətinin Rusiya üçün təhlükə mənbəyi təşkil etməməsi əksini tapır.

Eyni zamanda, sənəddə hərbi blokun "Ukraynanı silahla təmin etməyə davam edəcəyi" və "öz ərazisinin hər bir qarışını müdafiə edəcəyi" ifadələri yer alır.

mənbə: oxu.az