Nəvə nənəsini qətlə yetirdi
Kaspi bələdiyyəsinin Sasireti kəndində gənc oğlan öz nənəsini qətlə yetirib.
Hadisə gecə saatlarında baş verib.
İlkin məlumata görə, şübhəli şəxsin psixi problemləri olub. Hazırda Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) hadisənin təfərrüatlarını araşdırır.
İstintaq davam edir və hüquq-mühafizə orqanları cinayətin başvermə səbəblərini müəyyən etməyə çalışır.
mənbə: Interpress