Müsəlman alimlərin astronomiyaya bəzi töhfələri

Sep 22, 2026 - 13:28
 0  7
Müsəlman alimlərin astronomiyaya bəzi töhfələri

  Müsəlman alimlərinin astronomiya elminə verdiyi çoxsaylı töhfələrdən cəmi bir neçəsi barədə, qısa şəkildə də olsa, məlumatları təqdim edirik.

Müsəlman astronomları Günəş ilinin müddətini — 365 gün, 4 saat, 46 dəqiqə — müəyyən ediblər. Onlar kompası və rəqqası icad edib, Yer kürəsinin çevrəsini hesablayıb, rəsədxanalar inşa edib, ulduz xəritələri tərtib edib, Günəş ləkələri, tutulmalar və kometlər haqqında qeydlər aparıblar. Onlar astronomiya ilə astrologiya arasındakı fərqi təsdiqləyərək sonuncunu “psevdoelm” (“yalançı elm”) elan ediblər.

Vacib məqam ondan ibarətdir ki, müsəlman astronomları geosentrik sistem çərçivəsində fəaliyyət göstərməkdə davam edirdilər. Lakin onlar Ptolomeyin modelindəki riyazi səhvləri aşkar edib mürəkkəb alətlər və üsullar, məsələn, “Tusi cütü” yaradıblar. Sonralar Nikolay Kopernik heliosentrik modelini qurarkən bu üsuldan istifadə edib. Onlar Kopernik üçün riyazi baza hazırlasalar da, Yeri Kainatın mərkəzindən özləri çıxarmayıblar

 

mənbə: az.shafaqna.com