Mixail Saakaşvili "Ömürlük həbsə məhkum edildim"

Mar 13, 2025 - 11:46
 0  47
Mixail Saakaşvili "Ömürlük həbsə məhkum edildim"

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Tbilisi şəhər məhkəməsinin doqquzillik hökmünə münasibət bildirib.

Sabiq dövlət başçısı hakimin qərarını "sürpriz" adlandırıb.

Saakaşvili bu hökmün onun üçün ömürlüyə bərabər olduğunu qeyd edib.

"Oliqarxın hökmü necə də sürpriz oldu, hə? Mən Prezident Administrasiyasının rəsmi xərclərinə görə praktiki olaraq ömürlük həbsə məhkum edildim... Bizi qorxuda bilməzlər! Güc birlikdədir!" - deyə Saakaşvili bildirib.

mənbə: baku