Marneulidə zəncirvari yol qəzası baş verib

Bu gün Marneuli şəhərinin mərkəzində yerləşən Rustaveli küçəsində zəncirvari avtomobil qəzası baş verib.
Hadisə zamanı dörd avtomobil – Toyota Prius, Nissan, Opel və KİA markalı nəqliyyat vasitələri toqquşub.
Məlumata görə, qəza KİA markalı avtomobilin Toyota Prius-a çırpılması ilə başlayıb. Zərbənin gücündən idarəetməni itirən KİA daha sonra yol kənarında park edilmiş digər iki avtomobilə – Nissan və Opel markalı maşınlara dəyib.
Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub və faktla bağlı araşdırmalara başlanılıb.
mənbə: interpress