Çində insanabənzər robotların iştirak etdiyi birinci yarımmarafon keçirilib- Video

Apr 19, 2025 - 14:20
Apr 19, 2025 - 14:26
 0  12
Çində insanabənzər robotların iştirak etdiyi birinci yarımmarafon keçirilib- Video

Çində insanabənzər robotların insanlarla bərabər iştirak etdiyi birinci yarımmarafon baş tutub.

Xeber.ge xəbər verir ki,  tədqiqat şirkətləri və institutların istehsalı olan 21 robot 21 km məsafəni insanlarla birlikdə qət edib.

Qeyd olunub ki, robotlar çox yaxşı və sabit qaçıblar, bu da robot texnikasının təkamülündən xəbər verir.

Bununla belə, bütün robotlar finiş xəttini uğurla keçə bilməyiblər. Məsələn, onlardan biri ən başlanğıcda düşüb, cəmi bir neçə dəqiqə sonra qalxıb. Digər robot hasara çırpılaraq yıxılıb.

Çin bu yüksəktexnologiyalı sənayelərdə ABŞ ilə rəqabət aparmağa və onların köməyi ilə əhalinin qocalması və doğum səviyyəsinin aşağı düşməsinin öhdəsindən gəlməyə ümid edir.

mənbə: report