Marneuli bazarındakı iki yeməkxanada qiymədə eşşək DNT-si aşkarlanib
Milli Qida Agentliyinin (MQA) Kvemo Kartli Departamenti dövlət nəzarəti çərçivəsində, ət və ət məhsullarının növ tərkibinin yoxlanılması məqsədilə istehsalat müəssisələrindən və satış obyektlərindən nümunələr götürüb. Akkreditə olunmuş laboratoriya araşdırmaları narahatedici nəticə aşkarlayıb.
Laboratoriya analizinin nəticəsində, iki qida nümunəsində eşşək DNT-si aşkar edilib. Bu fakt qidanın qeyri-düzgün markalanması və istehlakçının aldadılması hallarına işarə edir.
Milli Qida Agentliyinin nəzarəti altında, qeyd olunan şübhəli qida məhsulları satışdan yığışdırılıb. Biznes operatorlarının istehsal prosesi dayandırılıb və materiallar sonrakı tədbirlərin görülməsi üçün müvafiq qurumlara təhvil verilib.
mənbə: marneulifm