Məhkumların deeskalasiya kameralarına köçürülməsi solidarlıqla deyil, əməkdaşlara hücumlarla bağlıdır-VİDEO

Oct 5, 2026 - 22:49
 0  21

Xüsusi Penitensiar Xidmət məhkum Giorgi Davidadzenin anasının yaydığı bəyanata cavab olaraq bildirib ki, 6 saylı müəssisədə məhkumların deeskalasiya kameralarına köçürülməsi həmin şəxsin dəstəklənməsi ilə əlaqədar deyil.

XEBER.GE xeber  verir ki, qurumun bəyanatına görə, məhkum Giorgi Davidadzenin anasının Ombudsman nümayəndəsi ilə görüşdən sonra səsləndirdiyi iddialar həqiqəti əks etdirmir. Ananın "Davidadze solidarlıq əlaməti olaraq deeskalasiya kamerasına salınan məhkumlar azad olunmayınca "Vivamed" klinikasına getməyəcək" bəyanatı tamamilə yalandır.

Xidmət bildirir ki, məhkumların bu kameralara yerləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq, həm məhkumların, həm də müəssisə əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib:

o    İnsident 1: 2026-cı il oktyabrın 2-də, saat 22:14-də B.Ç. adlı məhkum 6 saylı müəssisə direktorunun müavini David Nikolaişviliyə kameraya dax olmağa cəhd edərkən qarın nahiyəsinə təpik vurub.

o    İnsident 2: 2026-cı il oktyabrın 4-də, saat 20:22-də isə həmin müəssisədə C.C. və V.T. adlı məhkumlar gəzintidən qayıdarkən müəssisə əməkdaşlarına fiziki təzyiq göstəriblər.

Penitensiar Xidmət vurğulayır ki, əməkdaşlara qarşı hücum ağır cinayətdir və hər belə hala qarşı qanunvericiliyə uyğun hüquqi reaksiya veriləcək. Qurum qətiyyətlə bildirir ki, məhkumların deeskalasiya kameralarına köçürülməsi faktı Davidadzelə heç bir əlaqəyə malik deyil və qərarlar yalnız Penitensiar Məcəlləyə əsasən qəbul olunur.