Məhkəmə Nika Qvaramiyanı 12 sutkalıq inzibati həbs cəzasına məhkum edib
Tbilisi şəhər məhkəməsi “Dəyişikliklər naminə Koalisiya”nın lideri Nika Qvaramiyanı inzibati xəta törətmiş şəxs kimi tanıyıb və ona 12 sutka inzibati həbs cəzası verib.
Hakim Koba Çaqunava bu qərarı verib.
Nika Qvaramiya qərar elan edildikdən sonra "Yaşasın Gürcüstan, kölələrə ölüm" cümləsini dilə gətirib.
mənbə: interpress