Luis Enrike Xviça Kvaratsxeliyanın zədəsindən DANIŞDI

Jan 29, 2026 - 10:46
Jan 29, 2026 - 10:47
 0  27
Luis Enrike Xviça Kvaratsxeliyanın zədəsindən DANIŞDI

Fransanın PSJ futbol klubunun gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliya topuğundan zədə alıb. Onun sağalacağı müddət isə daha sonra açıqlanacaq.

Bu barədə PSJ-nin baş məşqçisi Luis Enrike məlumat verib.

Xviça Kvaratsxeliya Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turunda İngiltərənin "Nyukasl" komandasına qarşı 1:1 hesabı ilə başa çatan matçda zədə alıb və 22-ci dəqiqədə klub əməkdaşlarının müşayiəti ilə meydanı tərk edib.

"Bu, topuq zədəsidir. Vəziyyət mürəkkəbdir, amma ümid edirəm ki, yanılıram və bu gün bizim yaxşı xəbərlərimiz olacaq", - deyə Enrike bildirib.

24 yaşlı Kvaratsxeliya 2025-ci ilin yanvarında İtaliyanın "Napoli" klubundan PSJ-yə keçib. Karyerası ərzində oyunçu Kazanın "Rubin" və Moskvanın "Lokomotiv" komandalarında oynayıb. Bu mövsüm onun hesabında 27 matçda yeddi qol və beş məhsuldar ötürmə var.

mənbə: oxu