Liviyanın Baş Qərargah rəisi və dörd yüksəkrütbəli şəxs Ankarada təyyarə qəzasında həlak oldular

Dec 24, 2025 - 10:11
 0  14
Liviyanın Baş Qərargah rəisi və dörd yüksəkrütbəli şəxs Ankarada təyyarə qəzasında həlak oldular

Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdül Həmid Dbeyba ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin ölümünü təsdiqləyib.

Xeber.ge xəbər verir ki, bu barədə baş nazir rəsmi açıqlama verib.

"Liviya Ordusunun Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Əl-Həddad, Quru Qoşunlarının Baş Qərargah rəisi, general-leytenant Əl-Fituri Qəribil, Hərbi İstehsalat İdarəsinin rəisi, briqada generalı Mahmud Əl-Katavi, Liviya Ordusunun Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əl-Əsəvi Diab və Baş Qərargah rəisinin media ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub Ankaraya rəsmi səfərdən qayıdarkən baş verən faciəli təyyarə qəzasında həlak olublar", - deyə hökumət başçısı qeyd edib.

O əlavə edib ki, rəsmi Tripoli təyyarə qəzasının səbəblərini araşdırmaq məqsədilə Ankaraya xüsusi nümayəndə heyəti göndərəcək.

Qeyd edək ki, Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Ankara Baş Prokurorluğunun hadisə ilə bağlı istintaqa başladığını açıqlayıb.

mənbə: oxu.az