Liloda qətl hadisəsi baş verdi - Restoranın qarşısında...

Jan 31, 2025 - 23:29
 0  172
Liloda qətl hadisəsi baş verdi - Restoranın qarşısında...

Lilo qəsəbəsində yerləşən "Kaxelebtan" restoranının qarşısında avtomobilin içində bir kişi odlu silahla qətlə yetirilib.

Hadisə təxminən 1 saat əvvəl baş verib.

Şahidlərin sözlərinə görə, cinayətkar hadisə yerindən qaçıb və hazırda istintaq tədbirləri aparılır.

Daxili İşlər Nazirliyi (DİN) hadisə ilə bağlı məlumatı təsdiqləyib. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq başlanıb.

Hadisənin digər detalları hələlik məlum deyil.

İnterpress