Qardabanidə kriminal avtoritetin sifarişi ilə biznesmenin oğlu öldürülmək istənilib

Nov 9, 2025 - 11:42
Nov 9, 2025 - 11:43
 0  73
Qardabanidə kriminal avtoritetin sifarişi ilə biznesmenin oğlu öldürülmək istənilib

Qardabanidə 16 yaşlı yeniyetmənin qətli cəhdinin kriminal aləmlə bağlı sifarişlə törədildiyi müəyyən edilib. Araşdırmalara görə, hadisə biznesmendən intiqam məqsədilə planlaşdırılıb.

Xeber.ge xeber  verir ki, məlumata əsasən, mağaza sahibi olan zərərçəkmişin atasına xaricdə gizlənən kriminal avtoritet Elmuraz Məmmədov bir neçə ay ərzində hədə-qorxu gələrək 100 min ABŞ dolları tələb edib. Biznesmenin imtinasından sonra o, intiqamı onun oğlundan almağa qərar verib.

Silahlı şəxslər yeniyetməyə tarlada pusqu quraraq bir neçə dəfə atəş açıblar. Yaralanan gənc sağ qalıb və artıq istintaqa ifadə verib. Hadisə yerindən götürülən avtomobil ekspertizaya göndərilib.

Hazırda bir nəfər saxlanılıb, digər şübhəli isə axtarışdadır. Təqsirləndirilən şəxsləri 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.