Kottec tikintisi adı ilə 160 min lari mənimsəyən şəxs həbs edilib

Nov 14, 2026 - 12:56
 0  15
Kottec tikintisi adı ilə 160 min lari mənimsəyən şəxs həbs edilib

Prokurorluq külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən şəxsə ittiham irəli sürüb.

XEBER.GE xeber  verir ki, Tbilisi Prokurorluğunun dələduzluq cinayətləri üzrə prosessual rəhbərlik idarəsi külli miqdarda pulun dələduzluq yolu ilə mənimsənilməsi faktı ilə bağlı bir nəfərə ittiham irəli sürüb.

Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs zərərçəkmişlərlə onlara məxsus torpaq sahələrində yaşayış kotteclərinin tikintisi barədə razılığa gəlib.

O, tikinti materiallarının alınması və tikinti işlərinə başlanılması bəhanəsi ilə zərərçəkmişlərə ümumilikdə 160 000 lari pul köçürtdürüb və həmin vəsaiti dələduzluq yolu ilə mənimsəyib.

Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi (külli miqdarda törədilmiş dələduzluq) ilə ittiham irəli sürülüb. Bu maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluğun vəsatəti əsasında məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib.