Kaxetidə sahibsiz itlər 6 nəfəri yaralayıb – Heyvanlar karantinə alınıb

Apr 17, 2026 - 21:00
 0  36
Kaxetidə sahibsiz itlər 6 nəfəri yaralayıb – Heyvanlar karantinə alınıb

Gürcüstanın Qurcaani bələdiyyəsinin Velistsixe kəndində sahibsiz itlərin insanlara hücumu nəticəsində 6 nəfər xəsarət alıb.

Hadisə yerli dövlət məktəbinin həyətində baş verib.

Xeber.ge xeber  verir ki, zərərçəkənlərdən beşi məktəb şagirdi, biri isə valideyndir.

 Xəsarət alan hər altı şəxs dərhal tibbi nəzarətə götürülüb və onlara qarşı icbari vaksinasiya prosesinə başlanılıb. Hazırda yaralıların vəziyyətinin stabil olduğu bildirilir.

  Hadisədən dərhal sonra Qida Təhlükəsizliyi Agentliyinin heyvanların hiperpopulyasiyasının idarə edilməsi proqramı çərçivəsində əraziyə mütəxəssislər cəlb olunub. Xüsusi texnikanın köməyi ilə itlər məktəb ərazisindən uzaqlaşdırılaraq Kaxeti Sahibsiz Heyvanların İdarə Edilməsi Agentliyinin sığınacağına yerləşdiriliblər.

Mütəxəssislərin bildirdiyinə görə, itlər sığınacaqda xüsusi volyerlərdə 12 gün müddətində baytar nəzarəti (müşahidə) altında saxlanılacaqlar. Bu müddət ərzində heyvanlarda quduzluq və ya digər təhlükəli xəstəliklərin olub-olmadığı müəyyən ediləcək.

Qeyd edək ki, yerli sakinlər sahibsiz heyvanların sayının artmasından və təhlükəsizlik risklərindən narahatlıqlarını ifadə ediblər.