Kaspida polisin 'saxla' əmrinə tabe olmayan sürücü qəza törədib: Yaralılar var
Kaspi bələdiyyəsinin Ağayan kəndində patrul polisinin təqib etdiyi avtomobilin qəzaya uğraması nəticəsində ağır xəsarət alanlar var.
Xeber.ge xeber verir ki,
Ağır yaralılar və əhali ilə polis arasında qarşıdurma Hadisə nəticəsində 3 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Yaralı xəstəxanaya yerləşdirilib və hazırda əməliyyata hazırlanır. Hadisə yerindən yayılan görüntülərdə qəzadan sonra yerli sakinlər və patrul polisi əməkdaşları arasında qarşıdurma yarandığı əks olunub. Sakinlərin sözlərinə görə, hadisə yerinə çox sayda polis qüvvəsi cəlb edilib.
DİN-in rəsmi açıqlaması Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) hadisə ilə bağlı bəyanat yayıb. Nazirliyin məlumatına görə, patrul ekpajı ilkin olaraq "KIA" markalı avtomobili Tsixisdziri kəndi yaxınlığında qeydə alıb və ona "saxla" əmri verib. Lakin sürücü polisin qanuni tələbinə tabe olmayaraq hərəkəti davam etdirib.
Məlumatda bildirilir ki, avtomobilin dövlət nömrə nişanı müəyyən edildikdən sonra polis heyəti təqibi dayandıraraq maşından uzaqlaşıb. Lakin bir qədər sonra Ağayan kəndi ərazisində həmin avtomobilin qəzaya uğradığı faktı aşkar edilib.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.