Gürcüstanda yeni daxili işlər naziri təyin edilib

Gürcüstanda daxili işlər naziri vəzifəsinə Gela Geladze təyin olunub.
Bu barədə Baş nazir İrakli Kobaxidze bu gün keçirdiyi brifinqdə məlumat verib.
Gela Geladze indiyədək Dövlət Təhlükəsizliyi Xidmətində rəis müavini vəzifəsində çalışıb. O, bu postda istefa vermiş Vaxtanq Qomelaurini əvəzləyəcək.
Qeyd edək ki, bu gün səhər saatlarında polis general-polkovniki Vaxtanq Qomelauri daxili işlər naziri vəzifəsindən istefa verdiyini açıqlayıb.
mənbə: report