Kaspidə 12 yaşlı yeniyetmə bıçaqlanıb
Kaspidə qanlı mübahisə – Ferma kəndində 12 yaşlı azyaşlı bıçaqlanıb..
Xeber.ge xeber verir ki, “TV Pirveli”yə verilən məlumata görə, altıncı sinif şagirdinə zədəni həmyaşıdı yetirib.
Yerli sakinlərin dediyinə görə, məktəb ərazisində baş verən qanlı qarşıdurma məsələsini məktəb rəhbərliyi gizlədib və cinayət barədə polisə məlumat verməyib.
O da məlum olur ki, hüquq-mühafizə orqanları zərərçəkən uşağın valideynlərinin ifadələri ilə yalnız hadisənin işıqlandırılması üçün “TV Pirveli” oraya gəldikdə maraqlanıblar.
Yaralı uşağın vəziyyəti stabildir – ona təcili yardım göstərildikdən sonra artıq klinikadan evə buraxılıb.