İran Səudiyyə Ərəbistanında ABŞ-yə məxsus dörd tanker təyyarəni vurduğunu açıqladı

Mar 28, 2026 - 13:57
 0  19
İran Səudiyyə Ərəbistanında ABŞ-yə məxsus dörd tanker təyyarəni vurduğunu açıqladı

"Səudiyyə Ərəbistanı ərazisində yerləşən ABŞ-yə məxsus Şahzadə Sultan aviabazasına İran tərəfindən hücum edilib. Nəticədə Amerikanın bir yanacaqdolduran təyyarəsi tamamilə sıradan çıxarılıb, daha üçü isə zədələnib".

 Xeber.ge xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfəqari bəyan edib.

İranın rəsmi dövlət televiziyasının yayımladığı həmin bəyanatda qeyd olunur:

"Ötən gecə Əl-Xərc bölgəsindəki (Səudiyyə Ərəbistanı - red.) ABŞ hərbi bazasına İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən PUA və raketlərlə zərbələr endirilib. Həyata keçirilən əməliyyat nəticəsində bir tanker təyyarəsi məhv olub, üçü isə zədələnərək istifadəyə yarasız hala düşüb".

mənbə: oxu.az