İran rialı ilə bağlı QƏRAR VERİLDİ
İran parlamenti milli valyuta - rialın yenidən denominasiyasını (rialdan sıfırların atılması) nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Xeber.ge xəbər verir ki,
Yeni qanuna əsasən, bir yeni rial 10.000 köhnə riala bərabər olacaq, yeni pul vahidi "qiran (geran)" isə rialın yüzdə biri dəyərində müəyyənləşdiriləcək. Köhnə və yeni əskinaslar üç il ərzində paralel şəkildə dövriyyədə qalacaq.
mənbə: publika.az