İrakli Zarkuanın kürəkəni ilə rəhbərləri həbs olunan məktəb tikintisi şirkəti arasında hansı əlaqə var
Maliyyə polisi Gürcüstanın regionlarında məktəb və uşaq bağçaları tikən “Lagi Capital” şirkətinin rəhbərlərini dövlətə məxsus 9 milyon lariyə yaxın vəsaiti dələduzluq yolu ilə mənimsəməkdə və qanunsuz gəlirləri leqallaşdırmaqda ittiham edərək həbs edib.
Onları 9 ildən 12 ilədək həbs cəzası gözləyir.
MMC “Lagi Capital” dövlət tərəfindən elan olunan bir çox tenderlərin qalibi olub. Gürcüstan Maliyyə Nazirliyinin
• Regional İnkişaf Nazirliyinin Bələdiyyə İnkişaf Fondu tərəfindən elan olunan 11 tender çərçivəsində 30 uşaq bağçasının təmiri nəzərdə tutulmuşdu, lakin bu günə qədər heç biri başa çatmayıb;
• Bundan əlavə, həmin il şirkət daha bir tender udub – 20,6 milyon lari dəyərində dörd məktəbin tikintisi (onlardan biri Qoridə, üçü Xaşuridə);
• İstintaq üçün maraqlı dövrdə bağlanmış müqavilələrin ümumi dəyəri 94 444 427 lari olub.
Şirkət dövlət tenderlərində iştirak etməyə başlayanda “Lagi Capital”ın 50%-lik payı (“J5” MMC vasitəsilə) “Gürcü Arzusu” partiyasının lideri İrakli Zarkuanın kürəkəni Aleksandre Amisulaşviliyə məxsus olub.
• 2023-cü il sentyabrın 4-də Zarkuanın kürəkəni 50%-lik payını tamamilə “pulsuz” olaraq İa Ramişviliyaya ötürüb. Digər ortaq¬lar da eyni addımı atıblar.
• Bir il sonra, 2024-cü il sentyabrın 27-də şirkətin 100%-lik payı İvane Qaxeladzeyə “tamamilə pulsuz” verilib. O, indiyədək şirkətin sahibi olaraq qalır.
• Böyük ehtimalla həbs edilən Besik Berdzenişvili isə 2025-ci il martın 10-dan şirkətin direktoru kimi çalışır.
“Lagi Capital” dövlət tenderlərindən avans ödənişini hələ payın 50%-i İrakli Zarkuanın kürəkəninə məxsus olarkən alıb.
Mediada yayılan məlumata görə, həbs edilənlər arasında Besik Berdzenişvilinin qardaşı Aleko Berdzenişvili də olmalıdır. Maliyyə polisinin bildirdiyinə görə, onlar “Lagi Capital”ı hökumətin “ağ siyahısına” salıblar ki, bu da onlara dövlət tərəfindən avans almaq imkanı yaradıb.
Maliyyə Nazirliyinin İstintaq Xidməti bildirib:
“Cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə təqsirləndirilənlər bu güzəştlərdən istifadə edərək yalnız 50%-lik bank zəmanəti təqdim ediblər. Bu yolla isə Bələdiyyə İnkişaf Fondu tərəfindən avans olaraq köçürülən 11 218 380 laridən 9 365 801 larini dələduzluq yolu ilə ələ keçiriblər”.
Brifinqdə qeyd olunub ki, 2023-cü ildə qazanılmış tenderlərlə, 2025-ci il martın 10-da direktor təyin olunmuş və indi həbsdə olan şəxsin hansı əlaqəsinin olduğu barədə açıqlama verilməyib.
İlk tender
“Lagi Capital” ilk tenderi 2023-cü il martın 21-də udub. Müqavilə isə aprelin 26-da imzalanıb.
20 611 990 lariyə şirkət dörd məktəb inşa etməli idi: üçü Xaşuri bələdiyyəsində, biri isə Qoridə. Şirkət avans olaraq 4 milyon lari alıb.
Məhz bu tender çərçivəsində Xaşuridə 4 saylı məktəbin tikintisi nəzərdə tutulurdu. Əraziyə gələn infrastruktur naziri ilə məktəbin hiddətli müəllimləri danışmış, onların sakitləşdirilməsinə isə “Gürcü Arzusu”nun deputatı Zaal Duqladze çalışmışdı.
mənbə: marneulifm