İrakli Qaribaşvilidən həbsxanadan sensasion məktub

Aug 18, 2026 - 20:57
Aug 18, 2026 - 21:00
 0  31
İrakli Qaribaşvilidən həbsxanadan sensasion məktub

İrakli Qaribaşvili məktub dərc edərək cinayət törətmədiyini və "dövlətin və komandanın maraqlarına zərər vurmamaq üçün" həbsxanaya getdiyini bildirir.

Cəmiyyətə həbsxanada oturmağımın real səbəbi olan həqiqəti demək istəyirəm. Keçən il başlayan sözdə "korrupsiyaya qarşı mübarizə" kampaniyasının əsas məqsədi məni həbsə atmaq və siyasi cəhətdən məhv etmək idi. Tam məsuliyyətlə bəyan edirəm ki, komanda ilə və mənim üçün əziz olan insanla qarşıdurmaya girməkdən yayınmaq üçün əlimdən gələni etdim. Məhz bu məqsədlə, dövlətin və komandanın maraqlarına zərər vurmamaq üçün hüquqi mübarizədən imtina etdim və mənim üçün məhvgedici olan prosesi sonuna qədər qəbul etdim.

Təəssüf ki, bunun əvəzində qurama çirkin təxribat, bol yalan və ədalətsizlik aldım. Bütün bu müddət ərzində cəmiyyət məndən tək bir söz belə eşitmədi. Mən bu sınağı tam təmkinlə qəbul etdim.

Lakin mənim üçün gözlənilmədən, iyul ayında Mamuka Mdinaradze tərəfindən göndərilən və dünən dərc etdiyim məktubu aldım. Həmin gün öz mövqeyimi ona bildirdim, siyasətə qayıtmaq niyyətində olmadığımı bir daha vurğuladım və sözügedən "riskin" sığortalanması məqsədilə öz baxışımı təklif etdim. Lakin onlar cavab olaraq bildirdilər ki, mənim siyasətə qayıtmağım üzrə hələ də %1-lik risk qalır və buna görə də mənim korrupsiya ittihamı ilə üzləşməyim və bunu etiraf etməyim mütləqdir.

Bu, həyatımda en çətin addımı atmağıma səbəb olan qırmızı xətt idi. Müvafiq olaraq, başqa çıxış yolum qalmadığı üçün məni mübarizəyə başlamağa məcbur edirlər...", — deyə keçmiş Baş nazir yazır.