İnterpolun qırmızı bülleteni ilə axtarılan Türkiyə vətəndaşı Batumidə saxlanıldı

Oct 31, 2026 - 12:17
 0  11
İnterpolun qırmızı bülleteni ilə axtarılan Türkiyə vətəndaşı Batumidə saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan Türkiyə vətəndaşını saxlayıblar.

XEBER.GE xeber  verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, saxlanılan şəxs Türkiyə hüquq-mühafizə orqanlarının müraciəti əsasında 12 yaşına çatmış uşağa qarşı ağırlaşdırıcı hallarda törədilmiş seksual zorakılıq ittihamı ilə axtarışda olub.

Keçirilən istintaq tədbirləri nəticəsində axtarışda olan şəxs Batumidə saxlanılıb.

Hazırda onun barəsində qanunvericiliklə nəzərdə tutulan ekstradisiya prosedurları həyata keçirilir.