İtaliyada 19 yaşlı gürcü qız 1 200 avroluq kosmetika oğurluğuna görə saxlanıldı

Oct 31, 2026 - 12:35
 0  16
İtaliyada 19 yaşlı gürcü qız 1 200 avroluq kosmetika oğurluğuna görə saxlanıldı

İtaliyada 19 yaşlı Gürcüstan vətəndaşı olan qız supermarketdən 1 200 avro dəyərində kosmetik məhsul oğurlamağa cəhd edərkən saxlanılıb.

XEBER.GE xeber  verir ki, yerli medianın məlumatına görə, hadisə dünən Città Fiera ticarət mərkəzində baş verib. Gənc qız mağazanın mühafizəçilərinin diqqətini çəkib, daha sonra karabinyerlər tərəfindən saxlanılıb.

Medianın yazdığına görə, o, mağazadan xüsusi gizli çanta ilə çıxarkən yaxalanıb. Çantada tanınmış brendlərə məxsus müxtəlif kremlər olub.

Polis məhsulları supermarketə qaytarıb, çantanı isə müsadirə edib. 19 yaşlı Gürcüstan vətəndaşı Udine əyalət komandanlığının müvəqqəti saxlama kamerasına yerləşdirilib və məhkəmə prosesini gözləyir.