İki il ərzində vətəndaşları aldadan investisiya fırıldaqçısı saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə edərək külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.
Xeber.ge xəbər verir ki, saxlanılma faktı məhkəmənin qərarı əsasında həyata keçirilib.
İstintaq materialları ilə müəyyən edilib ki, təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayından 2025-ci ilın avqust ayınadək olan dövr ərzində bir neçə zərərçəkmişi toruna salıb.
O, özünü böyük biznes fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim edərək onlara gəlirli şərikliyin qurulması və yüksək qazanc vədi ilə investisiya qoymağı təklif edib.
Bu yolla o, zərərçəkmiş şəxslərdən ümumilikdə 351 421 lari pul alıb.
Aldığı külli miqdarda vəsaiti vəd olunan biznes layihələrinə yönəltmək əvəzinə, aldatma yolu ilə mənimsəyib və öz şəxsi ehtiyacları üçün xərcləyib.
Polisin keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində şübhəli şəxs müəyyən edilərək təqsirləndirilən şəxs qismində qandallanıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinon "b" bəndi (külli miqdarda dələduzluq) ilə cinayət işi aparılır.
Bu maddəyə əsasən, təqsirləndirilən şəxsi 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.