İbtidai sinif şagirdləri üçün məktəbli formalarının satışı başlayır — Ünvanlar və qaydalar
Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin tabeliyində olan "Təhsil Resursları" MMC-nin məlumatına görə, dövlət məktəblərinin ibtidai sinif şagirdləri üçün məktəbli formalarının satışı 2 noyabr tarixindən başlayacaq. Valideynlər formaları formebi.emis.ge elektron platforması vasitəsilə onlayn sifariş edə, kuryer xidmətindən yararlana və ya əldə etdikləri geyimləri 4 müxtəlif ticarət obyektindən götürə biləcəklər.
XEBER.GE xeber verir ki, bu məqsədlə onlayn sifarişlərin təhvil verilməsi məntəqələri Tbilisi, Kutaisi və Qoridə aşağıdakı ünvanlarda açılacaq:
1. Tbilisi – Qldani: Tbilisi ş., Kerç küçəsi №20
2. Tbilisi – Karvasla: Tbilisi ş., Tsotne Dadiani küçəsi №7, "Karvasla" ticarət mərkəzi
3. Qori – Garden Mall: Qori ş., Samepo küçəsi №70, "Garden Mall" ticarət mərkəzi
4. Kutaisi – Karvasla: Kutaisi ş., A. Tsereteli küçəsi №4/4a, "Karvasla" ticarət mərkəzi
Onlayn sifarişlərin götürülməsi ilə yanaşı, qeyd olunan 4 ticarət obyektində formaları yerindəcə almaq da mümkün olacaq.
Bununla yanaşı, məktəbli geyimlərinin yerində satışı üçün ölkə miqyasında əlavə 83 satış məntəqəsi də fəaliyyətə başlayacaq.