Güclü qar səbəbindən ağır yük maşınlarının keçidi qadağan olundu
XEBER.GE xeber verir ki, Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, intensiv qar yağması səbəbindən daxili əhəmiyyətli Kutaisi (Motzameta)-Tqibuli-Ambrolauri avtomobil yolunun 39-cu və 50-ci kilometrləri arasında (Nakerala aşırımı) qoşqulu və yarıoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib. Digər növ avtonəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.