Hava şəraiti ilə bağlı xəbərdarlıq

Sep 8, 2025 - 11:06
 0  12
Hava şəraiti ilə bağlı xəbərdarlıq

Gürcüstanda 12 sentyabra qədər dəyişkən hava şəraiti hökm sürəcək.

Bu barədə Meteoroloq Koba Fartenadze bildirib. 

Onun sözlərinə görə, qərbi Gürcüstanda bütün bölgələrdə, şərqi Gürcüstanda isə bəzi yerlərdə fasilələrlə yağış yağacaq.

Yağışların bəzi ərazilərdə güclü leysan və şimşək çaxması ilə müşayiət olunacağı gözlənilir. Havanın temperaturu bir qədər azalacaq, qərb küləkləri dövri olaraq güclənəcək.

Meteoroloq xüsusi olaraq güclü yağış və ildırıma qarşı ehtiyatlı olmağa çağırır. Onun bildirdiyinə görə, bu hava şəraiti su basqınları,torpaq sürüşmələri (mürəkkəb relyefli zonalarda),ildırım düşməsi, nəqliyyat vasitələrinin hərəkətində ləngimələr kimi hallara səbəb ola bilər.

Fartenadze vətəndaşlara bu günlərdə ehtiyatlı davranmağı və riskli zonalardan uzaq durmağı tövsiyə edir.

mənbə: interpress