Gürcüstanın yeni prezidentindən Aİ açıqlaması: Sənədi imzalamağa hazırıq
Gürcüstanın 6-cı prezidenti seçilən Mixail Kavelaşvili Avropa İttifaqından (Aİ) qarşılıqlı hörmət və şəffaflığa əsaslanan yanaşma tələb etdiklərini açıqlayıb.
Mixail Kavelaşvili baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamasının dayandırılmasına qarşı davam edən nümayişlərdən danışıb.
Kobaxidzenin qərarını müdafiə edən Kavelaşvili bildirib ki, Tbilisi hökuməti Gürcüstanın Aİ ilə inteqrasiyasını dayandırmayıb.
Kavelaşvili Aİ-nin ikili standartlar tətbiq etdiyini vurğulayıb:
“Aİ ilə bağlı uzunmüddətli proses planlaşdırdıq. Bunu qəbul edirik və ictimaiyyəti məlumatlandırırıq. Baş nazir Kobaxidze Aİ hazır olduqda Gürcüstanın üzvlük danışıqlarına başlayacaq prosesi müzakirə etmək üçün müvafiq sənədi imzalamağa hazırdır”.
mənbə: publika