Gürcüstanın 8 vətəndaşı İsraildə saxlanılıb
 
                                Ynet yəhudi xəbər agentliyi bildirir ki, Ben Gurion hava limanının sərhəd xidməti bu həftə İsrailə qanunsuz giriş cəhdi edən Gürcüstanın 8 vətəndaşının qarşısını alıb.
Hər biri ayrı-ayrı hallarda, 40-50 yaş arasında olan 4 kişi və 4 qadın saxta İsrail pasportları ilə ölkəyə daxil olmağa çalışarkən saxlanılıblar.
Xəbər agentliyinin məlumatına görə, müxtəlif reyslərlə İsrailə uçan həmin 
Gürcüstan vətəndaşları artıq deportasiya ediliblər.
mənbə: marneulifm
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            